Şəhidin anası çətin durumdadır — Qurumlardan kömək istədi
21 Aprel 2025, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86ŞİKAYƏTLƏR
867
25.02.2020, 11:02
Dünyanı qorxuya salan koronavirus təhlükəsi artıq ölkəmizə də gəlib çıxıb. Amma bu dəfə virus özü yox, bundan istifadə edən işbazlar peyda olub.
Oxu24.com xəbər verir ki, ARB TV-nin “Günə doğru” verilişində koronavirus fırıldaqçıları ilə bağlı süjet yayımlanıb.Belə ki, naməlum şəxs və ya şəxslər şəhərin müxtəlif ünvanlarında qapı-qapı düşərək insanlardan pul tələb edir. Bu pul müqabilində onların mənzillərini virusa qarşı dezinfeksiya edəcəklərini bildirirlər.
Sakin: “1 nəfər oğlan idi. Qapını açmadıq, amma dedi ki, epidemiologiyadan gəlmişəm”.
Sakin: “Hər evdən 3 manat yığırıq, dərman almaq üçün”, - dedi. Qoruyucu geyimdə idi oğlan, əlindəki alətlə ətrafa dərman səpələyirdi. Sonra çıxdı getdi”.
Sakin: “Qurd yox, quş yox, ağcaqanad yox. İndi niyə edirsən? Dedi bizə göstəriş veriblər. Soruşduq göstərişi kim verib, cavab vermədi. Amma qabağında belə vizitka kimi bir şey var idi, qırmızı rəngdə paltarı var idi. Birinin də ağzında maska var idi. Dedilər hər evdən 3 manat yığırıq, ver. Aldı 3 manatı məndən, getdi”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, hazırda onlara hər hansı bir tapşırıq verilməyib. Yalnız müraciət olduğu halda dezinfeksiya işləri aparıla bilər:
Həmçinin oxuyun
“Kifayət qədər özəl sektora mənsub olan belə dezinfeksiyaedici şöbələr mövcuddur. Hansı ki, bunlar ayrı-ayrı fiziki şəxslərə aiddir. Bunlar ancaq bağlanmış müqavilə əsasında xidmət göstərə bilər. Müqviləsiz hansısa qapını döyüb "biz dezinfeksiya işi aparmağa gəlmişik" deyə bilməz, icazəsi yoxdur.
Ayrı-ayrı evlərdən rəsmi qaydada müraciət əsasında ödənişli xidmət göstərilir. Təsərrüfat hesabına işləyən idarədir. Onlar da bu müqavilə əsasında xidmət göstərə bilərlər”.
Vətəndaşlara tövsiyə olunur ki, gələn şəxslərdən şəxsiyyət vəsiqəsi, işlədiyi yerin vəsiqəsini tələb etsin. Eyni zamanda sakinlərə belə halla rastlaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etmələri məsləhət görülür.
13:29 / 22 Aprel 2025
Baş nazir qərarlar imzaladı
3
13:25 / 22 Aprel 2025
Reklam zamanı bunlar qadağan edilir
6
13:04 / 22 Aprel 2025
SON DƏQİQƏ! Məhkəmə bu dəqiqələrdə Şərurlu İsfəndiyar barədə qərar çıxardı
284
12:59 / 22 Aprel 2025
İsrailin Livanda xüsusi əməliyyatı: Yaraqlı səhra komandiri öldürüldü
13
12:57 / 22 Aprel 2025
Həmin sərnişin 200 manat cərimə edildi - Video
39
12:56 / 22 Aprel 2025
Taleh Kazımovdan - Yeni təyinatlar
17
12:50 / 22 Aprel 2025
Yaponiya Ukraynaya peyk şəkilləri verməyə razılaşıb
21
12:22 / 22 Aprel 2025
Pənah Rüstəm vəfat edib
240
12:20 / 22 Aprel 2025
Sabah hava necə olacaq?
24
12:01 / 22 Aprel 2025
Zelenski dəfnə gedir
30
11:58 / 22 Aprel 2025
Trampdan şok açıqlama: Yaxın 3 gündə nə olacaq?
68
11:42 / 22 Aprel 2025
ABŞ-Çin qarşıdurması dərinləşir
31
11:41 / 22 Aprel 2025
Bu şəxslərin pensiyasına əlavələr EDİLƏCƏK – VACİB XƏBƏR
211
11:40 / 22 Aprel 2025
Macarıstan səssiz qalmaq istəyir
37
11:35 / 22 Aprel 2025
Qəzza üçün yeni sülh planı
32
11:25 / 22 Aprel 2025
Ərdoğanın oğlu Rusiya haqqında nə deyib? — Müsahibəsindən çıxarış
152
11:21 / 22 Aprel 2025
Göldən ata və iki azyaşlı övladının meyiti tapılıb
56
11:20 / 22 Aprel 2025
Bakıda qətl hadisəsi - Keçmiş məhkum tutuldu
45
11:15 / 22 Aprel 2025
Rusiyada sürücü ilə polis əlbəyaxa oldu — VİDEO
117
10:56 / 22 Aprel 2025
Kabab bişirirdilər,maşınlar yandı — VİDEO
81
10:54 / 22 Aprel 2025
Ata həyatını itirdi,oğlu yaralandı
50
10:52 / 22 Aprel 2025
Bakıda Yanaya qarşı əxlaqsızlıq edən sürücü həbs olundu
142
10:43 / 22 Aprel 2025
Allahın payı sanaraq Allahverdi adını veriblər — Milli Qəhrəmanın doğum günüdür
75
10:34 / 22 Aprel 2025
Kolleclərə yeni təyinatlar olub
47
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.